“Alphabet Inc.”ə daxil olan Amerikanın “Google” şirkəti Hindistanın cənubunda məlumat mərkəzlərinin (data-center) tikintisinə 15 milyard dollar sərmayə qoyacaq. Bu barədə “Google Cloud”un rəhbəri Tomas Kurian CNBC-yə istinadən məlumat verib. Tikinti növbəti beş il ərzində həyata keçiriləcək. Nəticədə, ABŞ-dən kənarda “Google”un ən böyük süni intellekt (Sİ) mərkəzi yaradılacaq. Onun ümumi enerji tələbatı 1 qiqavatt təşkil edəcək. Andhra-Pradeş […]