Elçin Mirzəbəyli: "Azərbaycan diplomatiyasının yeni mərhələsi milli gücün institusional transformasiyasıdır"

"Müasir beynəlxalq münasibətlər sistemində etimad və sabitlik anlayışları getdikcə daha nadir resursa çevrilir. Qlobal nizamın parçalanması, güc mərkəzləri arasında rəqabətin artması və beynəlxalq hüququn tətbiqi mexanizmlərinin sıradan çıxarılması fonunda bir çox dövlətlər xarici siyasətdə ya radikal tərəf tutmağa, ya da izolyasiyaya meyil edirlər. Azərbaycan isə bu qeyri-sabit mənzərədə özünəməxsus model formalaşdırıb: çoxvektorlu, lakin prinsipial siyasət, regional balans, qlobal iştirak və qarşılıqlı etimad diplomatiyası".