"AZİREX-2025" birgə axtarış-xilasetmə təlimi çərçivəsində İran gəmiləri Azərbaycana gəlib

Azərbaycanda keçiriləcək "AZİREX-2025" birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət Azərbaycanın ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib.