Hər ili əsrə bərabər 22 il - ŞƏRH

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin bu ali vəzifəyə seçilməsinin 22-ci ildönümüdür. İlham Əliyevin 2003-cü ildə prezident seçilməsi Azərbaycanın siyasi və iqtisadi həyatında yeni inkişaf dövrünün başlanğıcı sayılır. Onun ölkəyə rəhbərlik etdiyi dövr ərzində iqtisadiyyat, ordu quruculuğu, xarici siyasət, sosial siyasət kimi bütün sahələrdə önəmli addımlar atılıb, köklü islahatlar həyata keçirilib. Azərbaycan beynəlxalq səviyyəli layihələrin təşəbbüskarı və iştirakçısı olub. Bu gün Bakının iştirakı və razılığı olmadan regionda heç bir iri layihə reallaşdırılmır. Bu, İlham Əliyevin Azərbaycanın dövlət başçısı postunda yürütdüyü uğurlu xarici siyasət və iqtisadi islahatlar sayəsində mümkün olub.