"AZİREX-2025" birgə axtarış-xilasetmə təlimi çərçivəsində İran gəmiləri Azərbaycana gəlib
Azərbaycanda keçiriləcək "AZİREX-2025" birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət ölkəmizin ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib.