Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb. MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, Ramil Həsən MSK-ya müraciət edib. Ramil Həsən müraciətində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçildiyi üçün deputat səlahiyyətlərinə xitam verilməsini istəyib və sənədlər araşdırılaraq Ramil Həsənin deputat səlahiyyətinə xitam verilməsi üçün […]