Pakistanla Əfqanıstan arasında atəşkəs elan edilib

Pakistan hökuməti Əfqanıstanla hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəlib. Bu barədə “Reuters” məlumat yayıb. Atəşkəs bu gün saat 18:00-da qüvvəyə minəcək və 48 saat davam edəcək. Pakistan Xarici İşlər Nazirliyi qeyd edib ki, tərəflər münaqişənin dialoq vasitəsilə sülh yolu ilə həllinə istiqamətləniblər.