“Qrant əldə etmiş özəl bağçalar üzrə sənədlərin qəbulu yekunlaşıb. Uşaqların qeydiyyatının gələn aylarda başlanması nəzərdə tutulur”. Bunu Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib. O bildirib ki, hazırda təqdim olunan sənədlərin təhlili aparılır: “Bu mərhələ başa çatdıqdan sonra müsabiqədə iştirak edən bağçalar üzrə növbəti mərhələ – uşaqların qəbulu prosesinə başlanılacaq. […]