Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını kəskin şəkildə genişləndirərək, onu birdən-birə 90 bənd artırıb. Siyahıya xüsusilə Milli Ödəniş Kartları Sistemi (MÖKS), bir sıra banklar və şirkətlər, həmçinin Rusiya ilə əlaqəli olan 51 gəmi daxil edilib. Bundan əlavə, “Lukoil”, “China Merchants Bank”, eləcə də Çindən və Türkiyədən olan bir sıra mikroelektronika təchizatçıları da “qara siyahıya” düşüb. […]