Cari ilin yanvar–avqust aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi təxminən 274 milyon dollara çatıb. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən Azərbaycan–Belarus biznes forumunda çıxışı zamanı deyib. AZPROMO nümayəndəsinin sözlərinə görə, ötən ilin iyun ayında keçirilmiş Azərbaycan–Belarus Hökumətlərarası Komissiyasının 14-cü iclasında təsdiqlənən 2024–2025-ci illər üçün Yol […]