Azərbaycan və Belarus beynəlxalq istehsal müəssisəsi qura bilər

Belarus Azərbaycanla birgə istehsal sahəsində investisiya əməkdaşlığını fəal şəkildə inkişaf etdirməyə davam edir. Bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Azərbaycan–Belarus biznes forumunun açılışı zamanı bildirib. Diplomat qeyd edib ki, hazırda ixrac-investisiya layihəsi çərçivəsində həyata keçirilən sahələrdən biri yenilənmə mərhələsindədir. “Biz beynəlxalq sənaye forumlarının və platformalarının bir hissəsinə çevriləcək birgə müəssisələrin yaradılmasına çalışırıq. Bu, uzunmüddətli əməkdaşlığın […]