Vüsalə Əlizadə aparıcısı olduğu "İncə səhər" verilişində müğənni Türkan Vəlizadənin ünvanına sərt fikirlər səsləndirib. Ölkə.az xəbər verir ki, buna səbəb Türkanın meyxana ifaçıları ilə birgə efirə çıxmaqdan imtina etməsi olub. Aparıcı bu hərəkətinə görə onu qınayıb: "Mahnılarınız yazıldı, klipləriniz çəkildi, kimlərsə tərəfind...