Harri Keyn Avropa millilərində ən çox qol vuran beş futbolçu arasına daxil olub

İngiltərə yığmasının hücumçusu Harri Keyn ötən gün DÇ-2026-nın seçmə mərhələsinin oyununda Latviyanın qapısından 2 top keçirməklə Avropa millilərində ən çox qol vuran beş futbolçu arasına daxil olub.