"Taksilər azalsa, keyfiyyət olmayacaq, qıtlıq yaşanacaq" - Saya qoyulan limit qiymətə təsir edəcək?

Paytaxtda taksilərin sayı məhdudlaşdırılacaq. Yaxın gələcəkdə Bakı şəhərində taksi xidməti göstərən avtomobillərin sayı 25 mindən artıq olmayacaq. Bu, Nazirlər Kabinetinin 2025-ci il noyabrın 1-də qüvvəyə minəcək qərarında öz əksini tapıb. Bəs sözügedən qərarın hansı müsbət və mənfi tərəfləri olacaq?