Kürdəmirdə dabaq xəstəliyi bazarda qıtlıq yaratdı: "10-15 gündür süd, qatıq gəlmir"

Son günlər bəzi bölgələrdə mal-qara arasında yayılan dabaq xəstəliyi bazarlarda ciddi problemlər yaradıb. Xəstəliklə əlaqədar olaraq, kənd təsərrüfatı məhsullarının, xüsusilə də süd və süd məhsullarının tədarükündə kəskin azalma müşahidə olunur. Bu vəziyyət bazarlarda qıtlığa səbəb olub.