Azad olunmuş ərazilərin bərpası üçün proqnozlaşdırılan büdcə xərcləri açıqlanıb

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı xərclərin (Böyük Qayıdış I planının layihəsi) 2026-2029-cu illərdə 13,5 milyard manat olacağı proqnozlaşdırılır. Bu məbləğin əsaslı xərclərdəki xüsusi çəkisi 23,5 faiz təşkil edir.