ASEAN-a yeni dövlət üzv olub

Şərqi Timor rəsmi olaraq Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) qoşulub. Bu barədə ASEAN-nın saytında bildirilir. Bununla bağlı bəyannamə Kuala-Lumpurdakı sammitdə imzalanıb. Bununla da Şərqi Timor ASEAN-ın 11-ci üzvü olub. Qeyd edək ki, Şərqi Timor Cənub-Şərqi Asiyanın ən kasıb ölkələrindən biridir və Timor adasının yarısını tutur. Şərqi Timor dövləti 2002-ci ildə İndoneziyadan müstəqillik əldə etməklə yaradılıb.