Son illərdə Azərbaycan futbolu bir sıra tanınmış futbolçuların diqqətini cəlb edib. Xüsusilə, "Qarabağ"ın beynəlxalq arenadakı uğurlu çıxışları ölkə klublarına olan marağı artırıb. Bura gələn ulduzların bir qismi karyeralarının son mərhələsində yeni təcrübə yaşamaq, digərləri isə özlərini yenidən sübut etmək ümidi ilə bu seçimi edirlər. Amma məqsədləri nə olursa-olsun, onların hər biri Azərbaycan çempionatına özünəməxsus dəyər qatır - təcrübələri, mediada yaratdıqları maraq, beynəlxalq imicə verdikləri töhfə və bəzən də yadda qalan epizodları ilə. Son olaraq Vensan Abubakar "Neftçi" ilə müqavilə imzalayıb.