Türkiyənin Diyarbəkir vilayətində 4 bal gücündə zəlzələ baş verib. "Ölkə.az" xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi (AFAD) məlumat yayıb. Yerli vaxtla saat 14:49-da qeydə alınan zəlzələnin dərinliyinin 13,15 kilometr olduğu bildirilib. Dağıntı və təlafat barədə məlumat yoxdur....