Abubakar “Neftçi”yə üç xal qazandırdı

Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib. Modern.az xəbər verir ki, “Qəbələ” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları İfeanyi Metyu və yeni transfer Vensan Abubakar vurublar. Həmçinin, Abubakar birinci qolun məhsuldar ötürməsini verib. ...