Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib. Modern.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv yenidən Qazaxıstan seçməsi ilə qarşılaşıb. Şımkənt şəhər stadionunda təşkil olunan oyun yığmamızın minimal hesablı qələbəsi ilə bitib...