“3+3” platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. “İndi biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik”, – nazir qeyd edib. Əvvəlki üç görüş ardıcıllıqla Moskva, Tehran və İstanbulda keçirilib.