Sinaqoqa qarşı terror aktı həyata keçirməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib. Təqsirləndirilən Abdulla Əliyev son sözündə əməlindən peşman olduğunu söyləyib. Vəkilin vəsatət […]