“Qəbul etməliyik ki, sülh bizim üçün tanış olmayan bir haldır”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin 2026-cı il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib. “Ermənistan Respublikası sülhün nə demək olduğunu bilmir, çünki biz müstəqilliyin ilk günündən münaqişə vəziyyətində olmuşuq”, – Baş nazir bildirib. Paşinyan həmçinin Azərbaycanla sülhü qorumağın və institutlaşdırmağın vacibliyini vurğulayıb.