Səfirlik Azərbaycana səfər etmək istəyən İraq vətəndaşlarının çətinliklərlə üzləşməsi iddialarına cavab verib

Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasına turizm məqsədilə səfər etmək istəyən İraq Respublikası vətəndaşlarının çətinliklərlə üzləşdiyi barədə bəzi iddialar yayılıb. Bu iddiaların heç bir əsası yoxdur və həqiqəti əks etdirməyən bu kimi məlumatların yayılması yanlışdır.