Prezident Cəbrayılda "Şəfəq" Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan "Şəfəq" Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib.