“PayPal” səhmləri “OpenAI” ilə əməkdaşlıq sazişindən sonra 17% bahalaşıb

“PayPal” şirkəti “OpenAI” ilə öz rəqəmsal cüzdanının “ChatGPT”yə inteqrasiyası barədə razılaşma imzalayıb. Bundan sonra süni intellekt əsasında yaradılmış çat-botun istifadəçiləri onun vasitəsilə tapdıqları malları birbaşa ödəyə biləcəklər. ABŞ-nin “Nasdaq” birjasında “PayPal” səhmələri 28 oktyabrda ilkin ticarətdə 17,4% artaraq pik nöqtədə 82,5 dollar olub. Saat 16:43-də (Bakı vaxtı ilə) artım 10% səviyyəsinə çatıb. Yeni sistem 2026-cı […]