Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabatına əsasən, 2026-cı ildə qlobal iqtisadiyyat ehtiyatlı artım və artan qeyri-müəyyənlik dövrünə qədəm qoyacaq. Qurum qeyd edib ki, dünyada iqtisadi inkişafın tempi zəifləyir. Bunun əsas səbəbləri kimi iqtisadiyyatın fraqmentlərə parçalanmasının dərinləşməsi və proteksionizmin artması göstərilir. Əsas risklər arasında texnologiya şirkətlərinin səhmlərinin mümkün dəyərdən artıq qiymətləndirilməsi və dövlət institutlarının müstəqilliyinin zəifləməsi […]