"Mənim şəxsi həyatımın indi gedən proseslərə nə dəxli var ki? Bu, mənim şəxsi həyatımdır. Nikahdankənar oğlumun olduğunu danmıram. Sözünü hər zaman düz deyən və ləyaqətini gözləyən bir kişi kimi demişəm ki, bəli, mənim belə romanım olub və bundan bir uşaq doğulub. Bu məsələnin mənim yoldaşımdan başqa heç kimə dəxli yoxdur. O da bu məsələni bilir, ona bunu mən özüm demişəm".