“Sberbank” 2025-ci ilin sonuna qədər rublun məzənnəsinin 1 ABŞ dolları üçün təxminən 90 rubla qədər zəifləyəcəyi proqnozunu qoruyub saxlayır. Bu barədə “Sberbank”ın İdarə Heyəti sədrinin müavini, baş maliyyə direktoru Taras Skvortsov konfrans zəngi zamanı bildirib. “Biz həqiqətən də ilin sonuna qədər rublun müəyyən dərəcədə zəifləyəcəyini gözləyirik. Hazırda səviyyə 90 rubl ətrafındadır”, – deyə Skvortsov bildirib. […]