Sənin möhkəm çiyninə, məsləhətlərinə ehtiyacım var - Bəhram Bağırzadə

"Düz bir aydır ki, sən yoxsan. Boşluq və daimi ağrıyla dolu bir ay... Nə ilə məşğul olsam da — çəkilişlərlə, rəssamlarla görüşlərlə, kitablar üzərində işləməklə, səfərlərlə — sənin yanımda olmanı hər an hiss edirəm. Səni hər hüceyrəmlə hiss edirəm: sənin möhkəm çiyninə, müdrik dəstəyinə və səhvsiz məsləhətlərinə çox ehtiyacım var. ...