Sumqayıtda metal qəbulu məntəqəsində meyit tapılıb. Ölkə.az xəbər verir ki, hadisə 76-cı məhəllə ərazisində baş verib. 67 yaşlı Həsənov Nizami İslam oğlunun meyiti səhər saat 7 radələrində mühafizəçi işlədiyi metal qəbulu məntəqəsində aşkarlanıb. Mərhumun nədən öldüyü bilinmir. Faktla bağlı araşdırma aparılır.(lent.az)...