Respublika Robot Olimpiadasında qalmaqal - Qaliblərin diplomları əllərindən alındı

VIII Respublika Robot Olimpiadasında qalib gələn bəzi komandaların nəticələrinin ləğvi valideynlər və təlimçilər arasında narazılıq yaradıb. Olimpiada Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.