Ağdamın Xıdırlı və Ağdərənin Həsənriz kəndlərinə növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Ağdərə rayonunun Həsənriz və Ağdam rayonunun Xıdırlı kəndlərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanları oktyabrın 29-da yola salınıb.