2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılacaq vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulur. Belə ki, gələn il büdcədən Fonda 900 milyon manatın ayrılması planlaşdırılır. Bu məbləğ 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36,5 faiz azdır. ...