Sahibə Qafarova: "Konstitusiyamız xalqımızın tarixi təcrübəsini və azadlıq əzmini əks etdirir"

"2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında əldə edilən tarixi qələbələr nəticəsində Azərbaycan özü beynəlxalq hüququn qüvvəsini bərpa etdi. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərqərar edilməsi ilə Azərbaycan Konstitusiyasında müəyyənləşdirilən prinsiplər real həyatda öz təcəssümünü tapdı".