Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Belarus tərəfindən həmsədri - baş nazirin müavini Natalya Petkeviç işğaldan azad olunan Füzuli rayonuna səfər edib. Onu Komissiyanın Azərbaycan tərəfindən həmsədri baş nazirin müavini Samir Şərifov müşayiət edib.