Əl işi, lüks sinfə mənsub çininin dünya üzrə aparıcı istehsalçısı "Herend" xüsusilə Azərbaycan üçün, Qarabağ torpaqlarının işğaldan azad olması uğrunda aparılan müharibədə çalınmış Zəfərin beşilliyi münasibətilə "Italdizain" ilə əməkdaşlıq çərçivəsində yaradılmış kolleksiyanı təqdim edib. Zəfər Günü hər il 8 noyabrda qeyd olunur.