"Lladró"dan Qarabağ atı heykəllərinin məhdud saylı seriyası

Əl işi çini üzrə məşhur ispan brendi "Lladró" Qarabağ atına - Azərbaycanın ən ehtiram olunan simvollarından birinə həsr edilmiş heykəllərdən ibarət məhdud seriya ərsəyə gətirib. Bu layihə ölkənin ənənələrinə və at obrazının həmişə xüsusi yer tutduğu mədəni irsinə hörmətin izharıdır.