Bu il hotellərin 75 faizi boş qalıb: Ən aşağı göstərici Laçında olub
2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi 25 faiz olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (24.8 faiz) cüzi artımı göstərir.