İsmayıllıda 1 yaşlı uşaq su quyusuna düşərək ölüb. Ölkə.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Diyallı kəndində qeydə alınıb. Belə ki, 2024-cü il təvəllüdlü Məmmədova Səma Sənan həyətyanı sahədə olan su hovuzuna düşərək dünyasını dəyişib. Azyaşlının meyiti aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır....