Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin Türkiyə vətəndaşı tərəfindən bıçaqlanmasından sonra polis aralarında azərbaycanlıların çoxluq təşkil etdiyi 45 nəfəri saxlayıb. Məlumata görə, hazırda yerli əhali başda türklər olmaqla, ölkədə yaşayan miqrantlara qarşı genişmiqyaslı aksiyalar keçirir. Həbs olunanlar arasında neçə nəfər Azərbaycan vətəndaşının olduğu hələlik dəqiq məlum deyil.