İşçilərin məzuniyyət dövründə aldıqları əməkhaqqının hesablanması ilə bağlı qaydalar yenilənir. Yeni yanaşmaya əsasən, əməkdaşın məzuniyyətdə olduğu müddətdə ona ödənilən məvacib sonuncu aldığı əməkhaqqından aşağı ola bilməz. Bununla bağlı Əmək Məcəlləsində müvafiq dəqiqləşdirmələr aparılır. Əmək Məcəlləsinin 177-ci maddəsinin ikinci və üçüncü hissələrinə edilən dəyişikliklərdə bir günlük əməkhaqqının müəyyənləşdirilməsi zamanı daha obyektiv və humanist yanaşmanın tətbiq olunacağı […]