“Brent” neftinin qiyməti 60,99 dollara düşüb

“Brent” neftin fevral fyuçersləri Londonun “ICE Futures” birjasında 0,29 dollar (0,47%) ucuzlaşaraq bir barrelə görə 60,99 ABŞ dollarına enib. Bu barədə “İnterfaks” məlumat yayıb. “WTI”ın yanvar fyuçersləri “NYMEX” birjasında 0,28 dollar (0,43%) ucuzlaşaraq bir barrelə görə 57,32 dollara düşüb. Neft kotirovkalarına əsas təzyiq dünya bazarında təklifin tələbi üstələməsi riski yaradıb. Beynəlxalq Enerji Agentliyi 2026-cı ildə […]