Aİ ölkələri Rusiya Mərkəzi Bankının Avropadakı aktivlərini dondurmaq barədə razılığa gəlib

Avropa İttifaqı ölkələri Rusiya Mərkəzi Bankının Avropadakı aktivlərini qeyri-müəyyən müddətə dondurmaq barədə razılığa gəliblər. Bu barədə “Reuters“ məlumat verib. Avropa Komissiyasının planına əsasən, bu addım Rusiya aktivlərinin sonrakı müsadirəsində ilk addımdır.