“Android” əməliyyat sistemində şəxsi tətbiqlər üçün “Private Space” adlı funksiya istifadəyə veriləcək. Məlumatı “Android Authority” yayıb. Yeni funksiya smartfonda əməliyyat sisteminin qalan hissəsi və digər tətbiqlərlə əlaqəsi olmayan xüsusi tətbiqləri saxlamaq üçün ayrıca məkan yaratmağa imkan verəcək. “Private Space” seçilmiş tətbiqləri başqalarından gizli saxlayacaq. Ora yerləşdirilən tətbiqlər telefonun ekranında və ya “kitabxanasında” görünməyəcək və axtarış […]