Yaponiyanın “Honda Motor” avtomobil korporasiyası ABŞ Prezidenti Donald Trampın narazılığını ifadə etdiyi ticarət kəsirini azaltmaq üçün öz avtomobillərinin Birləşmiş Ştatlardan idxalını genişləndirə bilər. Bu barədə NHK telekanalı məlumat yayıb. Qeyd edilir ki, şirkət hazırda o cümlədən ABŞ-dən hansı modellərin idxal ediləcəyini müəyyənləşdirmək üçün bazar araşdırması aparır. “Toyota Motor” əvvəllər də oxşar planlar barədə məlumat verib. […]