Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə gəmilərə raket hücumlarına sərt reaksiya verib. Ərdoğan Türkiyənin bu məsələdə qəti mövqe sərgilədiyini bildirib: “Qara dəniz qarşıdurma meydanı kimi qəbul edilməməlidir. Bu vəziyyət nə Rusiyaya, nə də Ukraynaya fayda verər. Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə hamının ehtiyacı var”, – Ərdoğan qeyd edib.