İran və Ermənistanın elektroenergetika sahəsinin nümayəndələri 2026-cı ilin yay mövsümündə elektrik enerjisi idxalının artırılması məsələsini müzakirə ediblər. Bu barədə “Mehr” agentliyi məlumat yayıb. Məlumata görə, İrəvanda İran İslam Respublikası ilə Ermənistan Respublikası arasında elektrik şəbəkələrinin istismarı üzrə Birgə Komitənin 5-ci iclası keçirilib. İclasda İranın energetika nazirinin elektrik şəbəkəsi təsərrüfatının strateji məsələləri üzrə müavini, eləcə də Ermənistanın […]