“Apple” şirkəti ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr müzakirə edilib. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib. Müzakirələr R. Nəbiyevin ABŞ-yə səfəri çərçivəsində “Apple” şirkətinin korporativ hökumət əlaqələri üzrə rəhbəri Ceyson Lundqard ilə keçirilən görüşdə olub. “Görüş zamanı rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə […]